Soyuq ayaqlar yüksək xolesterinin erkən əlaməti ola bilər. Əgər ayaqlarınız yalnız qış aylarında deyil, ilin digər vaxtlarında da soyuq olursa, düşünməyə dəyər.
Lent.az xarici mediaya istinadla ciddi xəstəliklərin xəbərçisi ola biləcək əsas əlamətləri təqdim edir:
Bu, ayaqlardakı kiçik qan damarları ilə bağlı problem nəticəsində yarana bilər ki, bu da ayaqlara qan axınını məhdudlaşdırır. Bu vəziyyət, yaxşı idarə olunmayan diabet, yüksək xolesterin səviyyəsi ilə bağlı ola bilər və xüsusilə siqaret çəkənlərdə daha çox müşahidə edilir.
Yanma və iynə batması hissi
Ayaqlarda yanma və ya sancı hiss edirsinizsə, bu periferik nöropatiyanın əlaməti ola bilər. Bu, sinirlərin zədələnməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Ən çox diabetin erkən mərhələsində, həmçinin B12 və ya fol turşusu çatışmazlığında rast gəlinir. Bundan əlavə, qalxanabənzər vəzi xəstəliklərini də göstərə bilər. Həkimlər qeyd edirlər ki, çoxlu spirt qəbulu və bəzi dərmanlarla birlikdə bu əlamət yarana bilər.
Ayağın alt hissəsində ağrı
Ayaq içində narahatlıq plantar fasiitlə əlaqəli ola bilər. Bu, daban nahiyəsində iti ağrı yaradan iltihabi prosesdir. Bəzən elə hiss edirsiniz ki, sanki ayaqqabının içində daş var.
Ayaqda sağalmayan yara və ya xoralar
Əgər ayağınızda yaranın çox gec sağaldığını görürsünüzsə, bu bəzi dəri xərçəngi növlərinin əlaməti ola bilər. Dərinin sağalması üçün düzgün qidalanma, gigiyena və yaxşı qan dövranı vacibdir.
Şişmiş ayaqlar
Ayaqların şişməsi, adətən gün boyu çox ayaq üstdə qalmaqla əlaqəli olur və daha çox yay mövsümündə müşahidə edilir. Uzun iş günündən sonra ayaqları divara qaldırmaq rahatlıq gətirir. Lakin şişkinlik daim təkrarlanırsa, bu qaraciyər, böyrək və ya ürək xəstəliklərindən xəbər verə bilər. Həmçinin artıq çəkidə olmaq da səbəb ola bilər.