Oruc tutanlar bu yeməkləri QƏTİ YEMƏSİN
12 mart 2024 13:14 (UTC +04:00)

Oruc tutanlar bu yeməkləri QƏTİ YEMƏSİN

Artıq Ramazan ayının ikinci günündəyik. Ramazan ayı İslam aləmində ən şəfaqətli və müqəddəs ay hesab edilir. Bu ay ərzində müsəlmanlar oruc tutur, ibadət edir. Bu günlər ərzində oruc tutan şəxslərin qidalanma rejimi digər günlərdəkindən bir xeyli fərqlənir. Ancaq bu ay həm bədənimizi, həm də ruhumuzu qidalandıracaq şəkildə yemək vacibdir.

Lent.az xəbər verir ki, oruc tutanlar qida rasionuna çox diqqətli yanaşmalıdır. Belə ki, çox vaxt insanlar iftarı açdıqdan sonra tez-tələsik süfrədəki bütün yeməklərdən yeyir. Ancaq bu doğru deyil. Bununla yanaşı, bəzi qidalar var ki, onların yeyilməsi ümumiyyətlə məsləhət görülmür. 

Həmin qidaları və yeməkləri təqdim edirik: 

Şəkərli və xəmirli yeməklər  

Bu qidalar qanda şəkərin sürətlə qalxıb aşağı düşməsinə səbəb olur. Bu halsızlıq, yorğunluq və baş ağrısı kimi problemlərə gətirib çıxarır.

Yağlı qidalar

Yağlı qidalar həzm sistemini gərginləşdirir və həzmsizlik yaradır. Bu, oruc tutarkən özümüzü daha çox susuz və narahat hiss etməyimizə səbəb ola bilər.

Çox acılı yeməklər

Acılı qidalar mədə yanması və reflü kimi problemlər yarada bilər. Bu da oruc tutan şəxslərdə daha çox narahatlıq hissi yaşadır. 

Tərkibində kofein olan qidalar və içkilər

Tərkibində kofein olan qidalar və içkilər sidikqovucu təsiri ilə susuzluğumuzu artırır və baş ağrıları yaradır.

İşlənmiş qidalar

İşlənmiş qidaların tərkibində çox vaxt əlavələr və kimyəvi maddələr olur. Bu isə oruc tutarkən daha çox yorulmamıza və zəifləməmizə şərait yaradır. 
 

# 3426
avatar

Sevinc Fərid

Oxşar yazılar

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

27 aprel 2024 , 15:45
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

27 aprel 2024 , 11:49
Üzünüzə küncüt çəkin və effektini görün

Üzünüzə küncüt çəkin və effektini görün

27 aprel 2024 , 03:35
Başgicəllənmənin 4 səbəbi  AÇIQLANDI

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

26 aprel 2024 , 19:49
Poliklinikalardakı sıxlığın  səbəbi AÇIQLANDI

Poliklinikalardakı sıxlığın səbəbi AÇIQLANDI

26 aprel 2024 , 12:32
Yaxşı yatmaq  üçün axşamlar BUNLARI YEYİN

Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN

26 aprel 2024 , 11:55
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

26 aprel 2024 , 09:35
Daha  sürətli arıqlamaq   üçün yeməklərə bunu ƏLAVƏ EDİN

Daha sürətli arıqlamaq üçün yeməklərə bunu ƏLAVƏ EDİN

25 aprel 2024 , 13:15