Qəhvəni  bu vaxtlarda   içməyin
28 sentyabr 2023 19:50 (UTC +04:00)

Qəhvəni bu vaxtlarda içməyin

Qəhvə səhərlər bizə enerji verən məşhur içkidir. Ancaq axşam saatlarında yuxu keyfiyyətinə təsir etməmək üçün onun istehlakını məhdudlaşdırmaq lazımdır. Əks təqdirdə qəhvə içmək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, terapevtlər yatmazdan 6 saat əvvəl kofedən çəkinməyi tövsiyə edir. Çünki kofein rahat yuxuya getməyə mane ola bilər.

Hamilə qadınların və sağlamlıq problemi olan insanların qəhvə istehlakını gündə iki stəkanla məhdudlaşdırması tövsiyə olunur. Böyük miqdarda qəhvə narahatlıq, nizamsız ürək döyüntüsü, baş ağrısı və yuxusuzluğa səbəb ola bilər. Daim qəhvəyə ehtiyacınız varsa, bu onun istifadəsini azaltmağınız lazım olduğuna işarə ola bilər. Sağlamlığınıza diqqət yetirmək və bədəni toksinlərdən təmizləmək vacibdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720
avatar

Arzu Qurbanlı

Oxşar yazılar