Sarımsaqlı qatığın   faydaları və zərərləri - Həzm, təzyiq...
01 aprel 2024 18:33 (UTC +04:00)

Sarımsaqlı qatığın faydaları və zərərləri - Həzm, təzyiq...

Sarımsaq tək özü çox faydalı bir qida mənbəyi olsa da, onun qatıqla qarışığı daha da xüsusi faydalarla zəngindir. Xüsusilə həm qatıq, həm də sarımsağın faydaları elmi şəkildə sübut olunduğu üçün bu qarışıq güclü immun sistemi yaradır. Bəs, sarımsaqlı qatıq yeməyin nə kimi faydaları var? 

Lent.az xəbər verir ki, sarımsaqlı qarıq çox güclü bir vitamin və mineral qaynağı olmaqla yanaşı, 7-dən 70-ə qədər hər kəsin istehlak edə biləcəyi bir qida mənbəyidir.

Sarımsaqlı qatıq yeməyin faydaları saysız-hesabsızdır. Ən təhlükəli xəstəliklərdən immunitet sisteminə qədər bədənin bir çox fərqli hissəsinə əhəmiyyətli faydalar təmin edir. Onları təqdim edirik: 

- İştah problemi olanlar üçün iştahaaçan təsir göstərir.

- Yüksək qan təzyiqi üçün çox əhəmiyyətli bir fayda təqdim edir.

- Xərçəngin və xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır.

- Bədənin müxtəlif yerlərində yaraların sürətli sağalmasını təmin edir.

- İllərdir dizenteriya, tif kimi xəstəliklər üçün istifadə olunur.

- Damar tıxanma pozğunluqlarında müsbət nəticə verir.

- Aterosklerozla əhəmiyyətli dərəcədə mübarizə aparır.

- Antibiotik təsiri ilə immunitet sistemini xeyli gücləndirir.

- Bir çox müxtəlif epidemik xəstəliklər üçün bir-bir müalicə təmin edir.

- Ağciyərlərdə əmələ gələn bəlğəmi xaric edir.

- Mədə və bağırsaqlarda əmələ gələn qazların xaric olmasını təmin edir.

Sarımsaqlı qatığın həzm sisteminə təsiri

Xüsusilə həzm sistemində meydana gələn pozğunluqlar üçün yüz illərdir istifadə edilən ən əhəmiyyətli müalicə üsullarından biridir. Sarımsaqlı qatıq həzm problemlərini xeyli azaldır və bağırsaqların fəaliyyətini gücləndirir. Beləliklə, həzm etmək daha asan olur. Eyni zamanda mədə yollarında qıcıqlanma və iltihabı azaldaraq həzmə mühüm töhfə verir.

Bəs, sarımsaqlı qatığın zərərləri varmı?

Hər qida mənbəyi həddindən artıq istehlak edilərsə, müəyyən zərərlər yarana bilər. Eyni zamanda sarımsaqlı qatığın da müəyyən zərərləri olduğunu söyləmək olar.

- Xüsusilə mədədə müəyyən ağrılar ola bilər.

- Sarımsaqlı qatıq həddindən artıq istehlak edildikdə dəri nahiyəsində qaşınma əmələ gələ bilər.

- Yorğunluq və ya baş ağrısı kimi problemlərə səbəb ola bilər.

- Bəzi ekspertlərin fikrincə, hətta doğuma nəzarət dərmanlarının təsirini azaldır. 

Bu kimi səbəblərdən sarımsaqlı qatıq müəyyən balans və nisbətdə istehlak edilməlidir. Eyni zamanda sarımsağa qarşı allergiyası olanlar və ciddi xəstəlikləri olan şəxslər də mütəxəssis həkim nəzarəti altında onu istehlak etməlidirlər.
 

# 2433
avatar

Sevinc Fərid

Oxşar yazılar