İrana  ”balıq yağışı”   yağdı - VİDEO
04 may 2024 20:45 (UTC +04:00)

İrana ”balıq yağışı” yağdı - VİDEO

İranın mərkəzi hissəsində, Yasuc şəhərində fenomenal hadisə baş verib - “balıq yağışı”. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, günün ortasında yüngül yağışdan sonra küçələrə balıqlar yağmağa başlayıb və bu, yerli sakinlərin təəccübünə səbəb olub.

Bu heyrətamiz hadisənin səbəbi, ekspertlərin fikrincə, su anbarının fonunda böyüyən tornado olub. Güclü qasırğa çoxluğu balığı havaya qaldıraraq bir neçə kilometr məsafədən ölkənin mərkəzi rayonlarına çatdıra bilib.

“Balıq yağışı”ndan əvvəl şəhərinə yüngül yağış yağıb, sonra isə göydən balıq yağmağa başlayıb. Yayımlanan görüntülərdə bəzi sağ qalan balıqların birbaşa asfaltın üzərinə düşməsi yerli sakinlərin təəccübünə səbəb olub.

# 3234
avatar

Oxşar yazılar