Səyahət  sağlamlığa   necə təsir edir? - Gözlənilməz  kəşf
03 aprel 2024 18:02 (UTC +04:00)

Səyahət sağlamlığa necə təsir edir? - Gözlənilməz kəşf

Alimlər yeni araşdırmada belə qənaətə gəliblər ki, səyahətlər insan sağlamlığına mənfi təsir göstərir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Harvard Tibb Məktəbindən Reginanın başçılıq etdiyi tədqiqatçılar qrupu, ABŞ-dan olan böyük bir beynəlxalq səyahətçi qrupunun nəcis nümunələrini təhlil edib.

Onlar səyahətdən əvvəl bağırsaq mikrobiotasının orqanizmin davamlı bakteriyalara qarşı həssaslığında rolunu, səyahətin bağırsaq mikrobiotasına necə təsir etdiyini öyrənmək, həmçinin E.coli-nin müxtəlif suşlarının daşıdığı genlərin ümumi sayını müəyyən etmək istəyiblər.

Ümumilikdə 267 səyahətçinin səhhəti təhlil edilib. Onlardan 101-i, yəni təxminən 38%-i antibiotiklərə davamlı olan üç hədəf mikroorqanizmdən ən azı birinə malik idi. Onlardan 99 nəfəri beta-laktamazalar, 18 nəfəri kolistinə davamlı, 3 nəfəri isə karbapenemə davamlı olan Enterobacteriaceae bakteriyası gətirib.

Alimlər mikrobiotanın ilkin vəziyyətini və səfərdən sonra onunla baş verənləri müqayisə edərək, mikrob müxtəlifliyində azalma və Enterobacteriaceae ailəsinin orqanizmlərinin sayında kəskin artım qeydə alıblar.

Həmçinin, səyahət edənlərin 67%-də ilkin olaraq mövcud olmayan E. coli ştammları var idi. Maraqlıdır ki, qarın yatalağına qarşı peyvəndlər və süzülməmiş kran suyu orqanizmi E.coli-nin yeni ştammlarından qoruyur. Bundan əlavə, antibiotik müqavimətinin inkişafı ilə əlaqəli çoxlu sayda gen qeydə alınıb.

Bu araşdırma fərdlərin qlobal hərəkətinin populyasiyalarda antibiotik müqavimətinin artmasına səbəb ola biləcəyini təsdiqlədi.

# 1755
avatar

Fidan İlqar

Oxşar yazılar