Qısamüddətli yağışlar gözlənilir
0
0
Avqustun 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, cənub-şərq küləyi əsəcək, gündüz 30-32, axşam 24-26, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Avqustun 26-da hava, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 21-24, gündüz 30-33, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.
Avqustun 27-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək. Gecə 21-24, gündüz 29-31 dərəcə isti olacaq.
Avqustun 28-də hava, əsasən yağmursuz keçəcək, lakin avqustun 27-dən 28-ə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal küləyi əsəcək. Gecə 20-24, gündüz 30-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 26-da hava gün ərzində əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 20-24, gündüz 30-34, dağlarda gecə 11-14, gündüz 21-26 dərəcə isti olacaq.
Avqustun 27-28-də gün ərzində hava, əsasən yağmursuz keçəcək. Lakin avqustun 27-də gecə və axşam, 28-ə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 19-24, gündüz 28-33, dağlarda gecə 11-14, gündüz 20-25 dərəcə isti olacaq.