Daha 4 qəzetin adı “qara siyahı”ya salındı
0
0
“Kim və hansı cinah tərəfindən həyata keçirilməsindən asılı olmayaraq “qara piar”a heç vəchlə yol vermək olmaz”. Lent.az-ın məlumatına görə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin bu gün keçirilən iclasında qurumun sədri Əflatun Amaşov belə deyib.
Şuranın yaydığı xəbərdə deyilir ki, qurumun sədri mətbuatda “qara piar”ın qarşısının alınması məqsədilə keçirilən “dəyirmi masa”dan sonra belə halların xeyli azalmasını söyləyib. O qeyd edib ki, prosesin inkişafı Azərbaycan mətbuatının indiyədək əldə etdiyi bütün uğurların üstündən xətt çəkmək deməkdir.
Sonra Şuranın Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının təqdim etdikləri rəylər əsasında qərarlar qəbul olunub. İdarə Heyəti fəaliyyətlərində peşə prinsipləri ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə “Azad Azərbaycan” , “Korrupsiyaya son” və “Xalqın keşiyində” qəzetlərini “reket nəşr” elan edərək adlarının MŞ-nin “qara siyahı”sına salınması barədə qərarlar çıxarıb. “Millətim” qəzetinin də adı orada yer alacaq. Bu zaman mətbu nəşrin başqa kütləvi informasiya vasitəsindən götürdüyü materialların təqdimatı zamanı həmin yazılara etik çərçivəyə sığmayan əlavələr etməsi və səhifələrində təhqiramiz ifadələr işlədilməsi əsas götürülüb. “Xural” qəzetinə isə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra bəndlərinin tələblərinə müntəzəm və sistematik şəkildə sayğısızlıq göstərdiyinə görə Mətbuat Şurasının xəbərdarlığı olunub.
İclasda medianın iqtisadi bazasının möhkəmləndirilməsi, əsasən də reklam bazarının genişləndirilməsi və inkişafı ətrafında aparılan müzakirələrdə ölkədə bu sahədəki mövcud vəziyyət geniş təhlil edilib, xarici dövlətlərdə mövcud olan modellərə nəzər salınıb.
Xatırladaq ki, Mətbuat Şurasının yeni binasının açılışı günü ölkə başçısı ilə keçirilən görüşdə medianın reklam bazarının kasadlığı da müzakirə mövzusu olmuşdu. Hazırda Mətbuat Şurası bu sahədəki problemlərin aradan qaldırılması məqsədilə araşdırmalar aparır və təkliflərini hazırlayır.