Ali məktəblərin boş qalan yerlərinə ərizə qəbulu üçün 4 gün vaxt ayrılıb
0
0
Bu il ali məktəblərin qəbul aparılan 30457 plan yerinə 27700 nəfər qəbul olunub.
Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, ali məktəblərə qəbul olunanlar avqustun 9-dan 18-ə qədər sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməli və qeydiyyatdan keçməlidirlər.
M.Abbaszadə ali məktəblərin boş qalan yerlərinin siyahısı bəlli olduğunu söyləyib. Onun sözlərinə görə, həmin siyahı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub: “Həmin yerlər üzrə ixtisas seçimi avqustun 6-da 10-dək internet vasitəsilə aparılacaq. Ali məktəblərin boş qalan yerlərinə qəbul üçün abituriyentlər elektron ixtisas seçimi üzrə ərizə formasında ali məktəblərin boş qalan yerləri ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisas kodlarını da seçə bilərlər”.
Elxan Salahov