Prezident İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında iştirak edib
Bu gün Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ibinası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, AMEA prezidenti Mahmud Kərimov deyib ki, AMEA-nın elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülüb, binalar təmir olunub, geniş yaşıllıq zolağı salınıb.
2007-ci ilin sonundan başlanan təmir və yenidənqurma tədbirləri tamamlanıb, iş otaqlarının zəruri avadanlıqla təchiz olunub, AMEA işçilərinin elmi fəaliyyəti üçün hər cür şəraitin yaradılıb. Qeyd olunub ki, paytaxtın gözəl memarlıq nümunəsi olan AMEA binası yenidən möhtəşəm görkəmi ilə Bakıya yaraşıq verir. Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini və aparılmış təmir işlərini əks etdirən fotolara baxıb. Sonra dövlət başçısı AMEA-nın illik ümumi yığıncağında iştirak edib.
Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, son illərdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılıb. Ötən dövrdə dövlət başçısının göstərişi ilə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Azərbaycan Tarixi Muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yenidən qurulub. Hazırda 2009-2015-ci illərdə Azərbaycan elminin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı mühüm işlər görülür.
Sonra ötən il dünyasını dəyişən akademiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mahmud Kərimov yığıncağın gündəliyini elan edib. Onun sözlərinə görə, 2011-ci ildə dövlət müstəqilliyinin yenidən bərpasının 20-ci ildönümü tamam olur. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun ictimaiyyətlə ilk görüşü AMEA-da olub.
Mahmud Kərimov Prezident İlham Əliyevə akademiyanın illik ümumi yığıncağında iştirakına görə minnətdarlığını çatdırıb.
Akademiyanın illik ümumi yığıncağına dəvətə görə alimlərə təşəkkür edən Prezident İlham Əliyev burada çox gözəl təmir və yenidənqurma işlərinin aparıldığını söyləyib. Dövlət başçısı Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı konkret addımların atıldığını vurğulayıb, bu siyasətin bundan sonra da davam etdiriləcəyini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, 1945-ci ildən fəaliyyət göstərən AMEA böyük və uğurlu yol keçib, alimlərimiz ölkəmizin inkişafına layiqli töhfələr veriblər. Amma buna baxmayaraq, müstəqilliyin ilk illərində akademiyanın ləğv edilməsi ilə bağlı fikirlər səslənib. Heydər Əliyevin hakimiyyətə qayıdışı bu təhlükəni aradan qaldırıb.
Akademiyada Azərbaycanın elitasının cəmləndiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyil. Elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılması vacibdir. Dövlət başçısı Elmin İnkişafı Fondunun bu sahədə xidmətlərindən danışıb. O bildirib ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elmin, təhsilin, iqtisadiyyatın birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər getməlidir.
Alimlərimizin elmdə qazandığı uğurlara toxunan Prezident İlham Əliyev Azərbaycanın geoloq alimlərinin XX ərdə həyata keçirdiyi elmi tədqiqatların əhəmiyyətindən söz açıb: “Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas amilə çevrilməsi onların elmi kəşflərinin nəticəsidir. Hazırda ölkəmizdə böyük neft-kimya kompleksinin tikintisi ilə bağlı işlərin gedir. Bu, yeni iş yerlərinin açılmasına və elmi tədqiqatların daha da sürətlənməsinə imkan verəcək. Azərbaycan iqtisadiyyatının inkişafı dünyada bir fenomendir. Bu tərəqqinin təməlində elmin inkişaf prioritetləri dayanır”.
Dövlət başçısı Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü nəzərə çatdırıb və AMEA-nın aqrar bölməsinin yaradılması üçün təcili tədbirlərin görülməsini vacib hesab edib: “Hazırda ölkəmizdə müasirləşmə siyasəti aparılır, elmi-texniki tərəqqi ilə bağlı addımlar atılır, Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir. Bu, dövlət siyasətidir. İKT-nin inkişafı isə ilk növbədə, intellektual potensialın güclənməsinə, ölkədə gedən müasirləşmə prosesinə dəstək verməyə yönəlib. Artıq ölkədə hərbi-sənaye kompleksi də yaradılır. Bu gün Azərbaycanda 430 adda hərbi təyinatlı məhsul buraxılır və gələcəkdə onların sayı artırılacaq. Humanitar elmlərin də inkişafı diqqət mərkəzindədir. Bu sahədə aparılan elmi işlərin səviyyəsi təqdirəlayiqdir”.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunun ölkənin və bölgənin tarixi ilə bağlı elmi əsərlərin yazılmasını şərtləndirdiyini qeyd edib. Xüsusilə İrəvan xanlığının tarixi ilə bağlı yazılan təqdirəlayiq əsərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Dağlıq Qarabağın qədim və əzəli Azərbaycan torpağı olması ilə bağlı sanballı elmi əsərlərin sayının daha da çoxaldılmasının əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra Mahmud Kərimov 2010-cu ildə həyata keçirilən elmi tədqiqatlar və onların istiqamətləri barədə hesabat məruzəsi ilə çıxış edib. Akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Akif Hacıyev, Vaqif Fərzəliyev və Bəkir Nəbiyev hesabat məruzəsi ətrafında təkliflərini söyləyiblər. AMEA-nın hesabatı səsə qoyularaq təsdiq edilib.
Səslənən təkliflərə münasibət bildirən Prezident İlham Əliyev qaldırılan məsələlərin tezliklə həllini tapacağını bildirib. Yığıncaqdan sonra dövlət başçısına gələcəkdə AMEA-nın strukturunda yer alacaq bəzi binaların inşası və yenidən qurulması ilə bağlı həyata keçirilən işlər barədə məlumat verilib.
Dövlət başçısı akademiyanın digər hissəsində aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olub.

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35