Bin Ladenin kompütersiz qoyduğu Azərbaycan kəndi - REPORTAJ
“Şamaxinka”dan İsmayıllıya gedən maşına əyləşəndə artıq sürücü bilirdi hara gedəcəm. Ona görə də “ya Allah” deyib maşını tərpədən kimi “Allah qoysa, səni Lahıc avtobusuna çatdıracam” – deyə ümidləndirdi də.
Sən demə, İsmayıllıdan Lahıca gündə az sayda avtobus, özü də “Qazel” işləyir. Yəni günün müəyyən vaxtlarında. Biz ən yaxşı halda günortaya yaxın İsmayıllıdan çıxacaq reysə çatmalıydıq…
Amma gecikdik. Sürücü bir balaca peşman olmuşdu. Ona görə də məni təzədən İsmayıllıdan 12 km geri qaytarıb, Lahıc yolunun üstündə qoymaqla təsəlli tapdı, deyəsən.
Dayandığım yerdən Lahıca vur-tut 19 km yoldur. Amma nə olsun, adına yol deyilən nəsə yoxdu. Daha doğrusu, sıldırımlı dağların, adamı vahiməyə salan, gözünü qaraldan dərələrin yanı ilə ensiz, dar keçidi xatırladır, bu yol dediyimiz.
- Sən Qurbanı gözlə, bəlkə bir azdan gəlib çıxdı. Ya da kənddən rayona “Niva” çıxıbsa geri qayıdanda ona otur get!
- Bəs çıxmayıbsa?
- Onda dedim axı, ümid Qurbana qalıb.
Nə naməlum “Niva”lar, nə də bu qurban olduğum Qurban gəlib çıxmırdı.
Lahıc yolunun kənarında yarım saata idi ki var-gəl edirdim… qəfildən ordakılardan biri qışqırdı:
- Qurban əmi gəlir!
Zoğalı rəngli bir “Qazel” yanımızda dayandı. Sərnişin təkcə mənəm. Amma mənimlə bərabər yol qırağındakı tikinti malları satan mağazanın satıcısı Qurbana 30 ədəd fəhlə əlcəyi və bir bel sapı, üstündə də iki manat verir ki, Lahıcda kiməsə çatdırsın. Bundan sonra sərnişinin olma ehtimalının sıfıra bərabər olduğunu məndən də gözəl bilən Qurban, mən, 30 əlcək və bir “lopatka” sapı üz tutduq Lahıca doğru…
Haradı axı, bu Lahıc?
Lahıc Böyük Qafqaz sıra dağlarının qoynunda, Girdman çayının sol sahilində yerləşən şəhər tipli qəsəbədir. Orta əsrlərdə olduğu kimi, indi də bütün xüsusiyyətləri ilə şəhərdir ki var.
“Qorxma, bala-bala gedirik də”
Qurbanın “Qazel”i təxminən saatda 10-15 km sürətlə gedir. Ətraf sıldırımlı qayalar, adamın qanını donduran dağlar və dərələr. Etiraf edim ki, hər dar döngədən sonra az qala ödüm ağzıma gəlirdi. Deyəsən, Qurban da bunu duymuşdu: “Şəhər adamısan, bilirəm, qorxma, bala-bala gedirik də”.
Əslində, maşının aşağı yuvarlanacağı təqdirdə xəyali xilas yolları da fikirləşib tapmışdım. Bu yerdə bu zalım Qurban da söz tapdı danışmağa.
- Gecə maşının işığına yolu tutub getməyi çoxları bacarır. Bu dağları, dərələri gecə necə görsün ki? Elə olub, kənddən çıxmışam, heç 2-3 km getməmişəm, görmüşəm ki, bir CİP dayanıb. Məlum olub ki, dağların xofu bunlara maşın sürməyə imkan vermir. Belədir, buralar, bu dağ, dərələr.
Hə, deyəsən görəcəkli günlərimiz, daha doğrusu, saatlarımız varmış ki...
Qurban, “Qazel” və mən sürünə-sürün birtəhər yuxarı qalxırıq. Sürücüm, maşallah, kəndlərindən nəyi varsa üyüdüb tökür. Elə ilkin informasiyaları da məhz ondan alıram. Deyir ki, bu kənddə 7 rəqəmi müqəddəsdir – Lahıcda 7 məhəllə, 7 məscid, 7 hamam, 7 bulaq var. Üstəlik, fəxr edir ki, dünyada ilk kanalizasiya şəbəkəsi məhz Lahıcda mövcud olub. Hələ bu harasıdır? Qurban onu da iddia edir ki, əsrlər öncə Lahıcın əhalisinin sayı Bakıdakından dəfələrlə çox olub.
***
Bax, beləcə, söhbətləşə-söhbətləşə - təbii ki, mən eyni vaxtda həm də dibi görünməyən dərələrə tərəf baxmırdım və dalbadal siqaret tüstülədirdim - gəlib çatırıq Lahıca. 19 km yolu düz 1 saat 20 dəqiqəyə qət edəndən sonra…
...Qurban onlara qonaq getməyimizi xahiş edir. Mən isə otel yeri soruşuram. Qurban bundan incisə də, otelin, məşhur Lahıc diyarşünaslıq muzeyinin, orta məktəbin və bir də Məhəmməd Əmin Rəsulzadənin keçən əsrin 20-ci ilində 6 ay gizləndiyi evi, daha doğrusu, həmin vaxt tez-tez dəyişdiyi evlərin yerini bəndənizə göstərib, sağollaşır.
“Ayağınızı soyunun”
Öncə Lahıc muzeyinə üz tuturam. Muzeyə girişdə bəlli oldu ki… eşikdə ayaqqabımı soyunmalıyam. Elə də etdim. Hə, buna muzey demək olar. Nələr yoxdu burda? Təxminən 10 minədək eksponat. Ən qədimi eramızdan əvvəl 2-ci əsr aid olan küp. Sən demə, bu küpdə uşaq basdırılıbmış. Muzeyin bələdçisi deyir ki, bu küpü xaricilərdən biri almaq istəyirmiş. Amma onun təklif etdiyi külli miqdarda pulu muzey, sadəcə, rədd edib.
Muzeyin qadın bələdçisi, deyəsən, şablon danışmağa öyrənib. Suallarıma o qədər quru cavablar verirdi ki, axırda ondan ayrılmağa üstünlük verdim. Bakıdan çıxanda mənə demişdilər ki, Lahıcda bir Ənvər müəllim var, ən yaxşısı onunla söhbət etməkdir.
Azərbaycana 500-dən çox alim bəxş etmiş məktəb
Ənvər müəllimi axtara-axtara gəlib çıxdım Lahıc orta məktəbinə. Məni məktəbin direktoru Hikmət Haqverdili qəbul etdi. Direktorla söhbət zamanı məlum oldu ki, Lahıc məktəbi çox uzaq bir zamanda… 1888-ci ildə istifadəyə verilib.
Çar hökuməti həmin il bura Səməd bəy Hacıbəyovu müəllim göndərir. O, indiki qaydalarla desək, həm direktor olur, həm də bütün fənlər üzrə müəllim. Ondan sonra məktəbə Qafurrəşad Mirzəzadə - yeri gəlmişkən, o, həm də ilk “Azərbaycan coğrafiyası” dərsliyinin müəllifidir - daha sonra isə etnoqraf alim Məmmədhəsən Əfəndiyev rəhbərlik edib. Bu ucqar dağ kəndinin məktəbi Azərbaycana bilirsinizmi nə qədər alim bəxş edib? 500 nəfərdən çox! Təkcə neft-kimya sahəsi üzrə 70-ə yaxın lahıclı elmlər doktoru və namizədi var.
Ötən il bu məktəbi 11 nəfər bitirib. Onlardan 9-u ali məktəbə daxil olub. Biri isə hətta Sinqapurda təhsil alır. Bu il isə bir lahıclı cocuğun əl işi beynəlxalq müsabiqədə yer tutub. İndi onu, Babazadə Ayşəni Sloveniyaya, mükafatlandırma mərasiminə dəvət ediblər və gedəcək.
Bəlkə Bakının belə çox az sayda məktəblərində Lahıcdakı kimi biologiya, fizika, kimya laboratoriyaları hələ də fəaliyyət göstərir. “Bu fizika laboratoriyasındakı alətlərin bəlkə də 40-50 yaşı var. Özümüz qoruyub saxlamışıq” – deyir, Hikmət müəllim.
Ah, Amerika, Amerika!
2001-ci ilin əvvəllərində Ləvənt bəy adlı bir türklə Lahıca bir xeyli amerikalı gəlir. Məktəbə kompüter, printer və s. avadanlıqlar bağışlayırlar. Amerikalı deyir ki, sentyabrda yenə bu kəndə gələcək. Başqa texniki vasitələr gətirəcək.
Hikmət müəllim: “Sentyabrda həmin amerikalının gəlişinə hazırlaşırdıq. Amma ayın axırı oldu, bu səfərdən bir cavab gəlmədi”. Sonradan məlum olub ki, gələsi adam ABŞ dövlət katibinin köməkçisi Robert Breyk olmalı imiş. Səfərin təxirə salınmasına səbəb isə 11 sentyabr terror hadisələri olub: “Allah Bin Laden lənət eləsin, o olmasaydı, məktəbimiz bütünlüklə kompüterlə təmin edilmişdi”.
Lahıcın canlı ensiklopediyası
Məktəbdə Ənvər dayını gözləyirəm. 91 yaşı var. Canlı ensiklopediyadır. Lahıcın tarixini bəlkə də ondan yaxşı kimsə bilməz. Bu bəstəboy, nurani kişi ilə ikicə dəqiqə söhbət etmək kifayətdir ki, bu adama sadəcə valeh olasan. Ənvər dayı deyir ki, vaxtı ilə varlı tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və Zəngəzurun mis mədənlərindən xam mis alaraq, dəvə karvanı ilə Lahıca yola salırdılar. Hələb, İstanbul, İngiltərə və Həbəşistandan da Lahıca mis gətirilirdi. Hər bir tacirin daimi müştəri ustaları var idi. Ustalar tacirdən aldığı xam misin əvəzinə hazırladığı sənətkarlıq məhsullarını verirdilər. Tacirlər də bu məhsulları Azərbaycanın ən izdihamlı bazarlarında satmaqla kifayət qədər gəlir götürürdülər. Lahıc sənətkarlarının hazırladıqları məhsulları almaq üçün tacirlər arasında güclü rəqabət gedirdi.
“Lahıcda sənətkarlıq əslində torpaqsızlıqdan əmələ gəlib. Əkinə yararlı torpaq olmayıb deyə, camaat sənətkarlığa üz tutub. Lahıcda elə bir adam tapa bilməzsən ki, heç olmasa bir sənəti bilməsin. Məsələn, mən müəlliməm, amma şüşə salmağı da bacarıram. Belədir burda, Lahıcda” – deyir, Ənvər dayı. Üstəlik, əlavə edir ki, dünyada iki belə yer var ki, əhalisi bir neçə sənəti bacarır - Lahıc və Kəşmir.
“At getsin” və 3 min manata samovar
Hə, yaddan çıxmamış, təxminən 150 il əvvəl Nəcəfqulu adlı sənətkarın hazırladığı bir samovar hələ də durur və almaq istəyənlər 3 min manatlarından keçə bilərlər.
Ənvər dayı deyir ki, orta əsrlərdə Lahıc ustalarının hazırladığı xəncərlər, qılınclar ətraf ərazilərdə məşhur olub. Lahıc ustalarının xüsusi üsullarla əldə etdikləri polad möhkəmliyinə, keyfiyyətinə görə “Dəməşq” poladından fərqlənmirmiş. Ustalar hazırladıqları qılıncların dəstəyini naxışlarla bəzəyir, onları qızıl və gümüş suyuna tuturdular. Bu silahlar çox baha satılırdı. Onları yalnız varlılar ala bilirdilər.
Amma tarixin sonrakı gedişində Lahıc ustaları odlu silah hazırlamağı da mənimsəyiblər və bu sahədə tanınıblar. Odlu silah hazırlamaq sahəsində Lahıc ustalarının təcrübəsindən istifadə etməyə çalışanlar da çox olub. Bəzi mənbələrin məlumatına görə, Rusiyanın İjevsk və Tula silah zavodlarının mütəxəssisləri də XIX əsrdə Lahıcda hazırlanmış silahlarla maraqlanıblar. Lahıclıların hazırladığı “At getsin” adlı top isə onları 1918-ci il erməni qırğınından da xilas edib.
Dünyanın ən qədim kanalizasiyası
Lahıcın özəl cəhətlərindən olan və insanların marağını cəlb edən xüsusiyyətlərindən biri də onun küçə və meydanlarının daş döşəmələri və artıq suların axıdılması üçün çay daşından tikilmiş yeraltı kürəbəndlər (kanalizasiyalar) hal-hazırda da istifadə olunur. Küçə və meydanların, dalanların daş döşəmələri sanitariya cəhətdən əhəmiyyətə malik olmaqla, eyni zamanda tez-tez yağan gur yağışlar zamanı sel sularının küçələri yuyub-dağıtmasının qarşısını alır. Yeraltı kürəbəndlər tikilərkən bütün qəsəbəni əhatə edir bir sistem yaradılıb və zaman-zaman burada yaşayan əhalinin (ikinci dünya müharibəsindən öncə Lahıcda 18 min nəfər insan yaşayıb) ehtiyaclarını lazımınca ödəyib. Kürəbəndlərin və döşəmələrin təxminən 800 il öncə inşa olunduğu güman edilir. Bu, bəlkə də dünyanın ən qədim kanalizasiya sistemidir.
“Küçəyə at bağlamayın”
Bu ekzotik qəsəbədə gəzərkən bir sıra maraqlı məqamların da şahidi oldum. Sən demə, qəsəbədə hər yerdə at saxlamaq olmaz. Atların saxlanması üçün az qala xüsusi “dayanacaq” təşkil etmək niyyətindədirlər. Lahıcın, bu balaca kəndin aerokassası da varmış. Hələ üstəlik, mini-avtovağzalı da. Bu kənddə diqqəti çəkən həm də odur ki, bütün evlərin darvazaları sarımtıl rəngdədir. Hə, burda evlərin tikintisində də elə yumurtaqarışıq məhluldan hazırlanmış bərkidici-yapışdırıcıdan istifadə olunub.
Kəndin girəcəyində yerləşən “Lahıc Milli Yeməkləri” adlı kiçik kafedə isə sizə elə bir yerli dolma verəcəklər ki, dadından doyulmaz. Bəndəniz acgözlük edib üç qab dolma yesə də, vallah doymadı. Elə kənddən də doymadım...
Amma o qorxulu yollarla geri də qayıtmaq da vardı axı. Əslində, məni narahat edən də elə bu idi. Yoxsa, qalanını onsuz da yazdım, siz də oxudunuz.
Hə, bir də yaddan çıxmamış, 1920-ci ildə Məmmədəmin Rəsulzadə 6 ay bu kənddə gizlənib. Bu isə ayrı yazının mövzusudur. Gözləyin...
Səbuhi Məmmədli
Bakı-Lahıc-Bakı

Oxşar yazılar

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək
13 may 2025 , 00:02
Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35