"Bakı Metropoliteni" martın 8-i və 9-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Bakı Metropoliteni"ndən Lent.az-a bildirilib ki, "28 May–Əhmədli” sahəsi gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə olacaq:
"Bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək. Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov–Əhmədli” və “Cəfər Cabbarlı–Xətai” mənzillərində intervallar dəyişməz qalacaq. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlər şənbə gününün qrafikindən istifadə edəcəklər".