Abortdan sonra qadınlarda  bu fəsadlar   yaranır
01 mart 2024 18:39 (UTC +04:00)

Abortdan sonra qadınlarda bu fəsadlar yaranır

Hər bir qadın dünyaya sağlam körpə gətirmək istəyir, hətta bunu özü üçün müqəddəs missiya hesab edir.

Amma çox təəssüf ki, Azərbaycanda bir çox qadınlar bir və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti arzuolunmaz hamiləliyi süni yolla pozur - abort etdirirlər. Bunun üçün isə müxtəlif səbəb və bəhanələr gətirir, ailə planlaşmalarında ikinci, üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmadıqlarını deyirlər.

Bəs, görəsən, abortun hansı zərərləri var?

Lent.az xəbər verir ki, ginekoloq Sevil Arifqızı bildirib ki, abort qadının fiziki sağlamlığına zərər vuran bir prosedurdur.

Onun sözlərinə görə, abortun zərəri yalnız bununla bitmir:

“Hər abortdan sonra qadın özünü günahkar hiss edir, bu da onun psixoloji sağlamlığına mənfi təsir göstərir. Uşaqlıq yolunun alətlərlə zədələnməsi abort zamanı ən çox rast gəlinən hallardandır. Abort uşaqlıq boynunun yırtılması ilə nəticələnə bilər. Bəzən bu kimi hallar uşaqlığın ümumiyyətlə ləğv olmasına gətirib çıxarır”.

Maraqlıdır, abort zamanı qadını hansı təhlükələr gözləyir?

Aparılan araşdırmalara görə, abort zamanı iri qan damarlarının zədələnməsi zamanı güclü qanaxmalar baş verə bilər. Bu kimi qanaxmalar təcili əməliyyat müdaxiləsi tələb edə bilər. Hətta bəzən qan köçürmək lazım olur. Uşaqlığın ləğv edilməsi bu vəziyyətdə tez-tez rast gəlinən hallardandır. Abort zamanı yerli keyitmələrin və narkozun da az da olsa fəsadları olur. Ürək ritminin, nəfəs və qara ciyər fəaliyyətinin kəskin şəkildə dayanması ilə nəticələnə bilər. Ən təhlükəli fəsad isə narkozdan alınan allergiya şoku sayılır.

Abortdan sonrakı ilk fəsadlar…

Abortdan sonra ilk günlər bu kimi hallarla rastlaşmaq olur:

1. Abort sonrası iltihabı proses

Uşaqlıq yolunda (metroendormit), uşaqlıq borularında (salpinqit), qarın boşluğunda (peritonit) iltihab halları çox rast gəlinən hallardandır. Abort sonrası qanın infeksiyaya məruz qalması (sepsis) təhlükəsi zamanı antibiotik müalicəsi tələb edir.

2. Tromboz

Qan laxtalanmasının pozulması və abort sonrası damarlarda qan laxtalarının əmələ gəlməsi abort fəsadlarına iddir.

Alimlər bildirirlər ki, abortdan sonra çox zaman boru keçirilməzliyi yaranır ki, bu da sonsuzluqla nəticələnir. Həmçinin abort zamanı uşaqlıq boynunun zədələnməsi vaxtından tez doğuş və ya açılışlarla nəticələnə bilər. Xəstələr abort zamanı alətlə uşaqlığın deşilməsi halları ilə də çox vaxt rastlaşırlar.

# 5364
avatar

Arzu Qurbanlı

Oxşar yazılar