Ağdamda mina partlayışından xəsarət alan sakinin SON DURUMU
04 mart 2024 14:28 (UTC +04:00)

Ağdamda mina partlayışından xəsarət alan sakinin SON DURUMU

Ötən gün Ağdamda minaya düşən sakinin son durumu açıqlanıb. 

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, vəziyyəti orta ağır qiymətləndirilir:

"1995-ci il təvəllüdlü (kişi cinsli) şəxs minaya düşmə səbəbilə martın 3-ü saat 11:36 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona hər iki ayağın travmatik amputasiyası diaqnozu qoyulub, əməliyyat olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, Vəziyyəti orta ağır stabil qiymətləndirilir".

Qeyd edək ki, bu gün 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb.

# 2790
avatar

Fidan İlqar

Oxşar yazılar