"Ali məktəbə qəbul olmaq üçün idmandan da imtahanlar verilsin" - TƏKLİF
04 mart 2026 13:44 (UTC +04:00)

"Ali məktəbə qəbul olmaq üçün idmandan da imtahanlar verilsin" - TƏKLİF

0

"Ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərin idman bacarıqları da yoxlanılmalıdır".

Lent.az xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının Baş katibi Oqtay Atayev Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya komitəsi və idman federasiyaları ilə təşkil etdiyi görüşdə bildirib.

“Universitetə qəbul zamanı yalnız karyerasını idman sahəsində davam etdirmək istəyən şagirdlərin idman bacarıqları yoxlanılır. Amma gəncləri idmana təşviq etmək məqsədilə bütün abituriyentlərin idman bacarıqları yoxlanılsa, yaxşı olar. Universitetə qəbul olunan zaman hər fəndən 10 bal çıxarılıb idman bacarıqlarına əlavə edilsə, digər fənlərdən o balı toplaya bilməyənlər idmandan topladığı bal ilə universitetə qəbul edilə bilər. Təbii ki, proses şəffaf şəkildə aparılmaqla icra edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar