Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək.
APA-nın məlumatına görə, bunu parlamentin Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün komitədə "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsi zamanı deyib.
***
saat 15:39
Milli Məclisdə Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb.
Lent.az-ın məlumatına görə, layihənin Milli Məclisin 5 noyabrda keçirilən iclasında müzakirəyə çıxarılması gözlənilir.