Azərbaycanda 650-dən çox  qəzalı məktəb   var - RƏSMİ
15 mart 2024 17:39 (UTC +04:00)

Azərbaycanda 650-dən çox qəzalı məktəb var - RƏSMİ

Məktəblərdə sıxlıqla bağlı məsələ qaldırılır.

Lent.az-ın APA-ya istinadən  xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 660-a qədər qəzalı məktəb var: “Bunu biz görürük. 660 məktəbin hamısını bir ildə təmir edə bilməyəcəyik. Biz buna Elm və Təhsil Nazirliyi ilə baxırıq. Qəzalı məktəblərlə yanaşı qəzalı, qararsız, dözülməz vəziyyətdə olan evlər var.

Biz qəzalı evləri 3 kateqoriyaya bölmüşük. Biz ekspert rəyinə uyğun mənim masama gəlir. Sumqayıt şəhərində, Gəncədə, Bakıda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir. Sumqayıt İcra Hakimiyyətindən verilən məlumata görə 12 yataqxananın vəziyyəti qeyri-qənaətbəxşdir. 6-si ilə məşğul olmuşuq, 3-ü köçürülüb. O cümlədən Gəncədə və Mingəçevirdə də bu işlər aparılır. Ola bilər yataqxanaların və evlərin sayı daha çoxdur. Amma mənim üçün FHN-in rəsmi sənədi əsasdır. Qəzalı binalar nəinki Bakıda, böyük şəhərlərdə respublikanın bütün şəhər və qəsəbələrində bu binalar var. Onların hamısını dərhal təmir edib köçürmək mümkün deyil. Onların dözülməz vəziyyətdə olanlarına baxmaq lazımdır.

Hökumət öz tərəfindən özəl sektora müraciət edir. Şəhərsalma komitəsi mənim tapşırığımla bununla məşğuldur. Hökumət bu prosesə təkan verməkdən ötrü torpaq ayrılmasına, kommunal xidmətləri çəkməyə və bəzi güzəştlərə getməyə hazırdır. Bir daha özəl sektora çağırış edirik və bu təşəbbüsə qoşulmağa dəvət edirik”.

# 2391
avatar

Oxşar yazılar