Azərbaycanda anomal istilər bu tarixə qədər davam edəcək
27 iyun 2021 12:39 (UTC +04:00)

Azərbaycanda anomal istilər bu tarixə qədər davam edəcək

0

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Lent.az-a verilən məlumata görə, iyunun 27-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti günəşli və isti keçib.

Şərq küləyi Tovuzda 22, Naxçıvanda 18, Biləsuvar, Şabranda 16 m/s-dək güclənib.  İyunun 26-da havanın maksimal temperaturu Bakıda, Abşeron yarımadasında, aran rayonlarında, Naxçıvan MR-da  42, dağlıq rayonlarda  31 dərəcəyədək yüksəlib.  Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək. Cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə  əvəz olunacaq.

İyunun 30-da havanın  temperaturu tədricən 4-5 dərəcə enərək 30-34 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10072

Oxşar yazılar