Neymar Braziliya millisindəki karyerasını başa vurdu
06 iyul 2026 04:51 (UTC +04:00)

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

0

Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu Neymar milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə "Globo" portalı məlumat yayıb.

Norveçə qarşı dünya çempionatının 1/8 final oyununda (1:2) penaltidən fərqlənən Neymar 2023-cü ildən sonra ilk dəfə milli komandanın heyətində qol vurub.

"Mən bacardığım qədər çalışdım, amma artıq hər şey bitdi", – deyə 34 yaşlı futbolçu bildirib.

Neymar 2025-ci ilin yanvarında Braziliyanın "Santos" klubuna qayıdıb. O, bundan əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal", daha əvvəl isə Fransanın PSJ klubunda çıxış edib.

2017-ci ildə PSJ Neymarın transferi üçün "Barselona"ya dünya futbolu tarixinin rekord məbləği olan 222 milyon avro ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar