Bakıdakı bu məktəblərə Vətən müharibəsi qəhrəmanlarının adı verildi
05 noyabr 2021 10:55 (UTC +04:00)

Bakıdakı bu məktəblərə Vətən müharibəsi qəhrəmanlarının adı verildi

0

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə Milli Qəhrəman və Vətən müharibəsi qəhrəmanlarının adı verilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə,  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib.

Bakı şəhəri 98 saylı tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyevin, 47 saylı tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin, 216 saylı tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Vaqif oğlu Qasımovun, 88 saylı tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Elçin Elşən oğlu Mansurovun, 48 saylı tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənovun, 291 saylı Ekologiya liseyinə isə Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovun adı verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycanın Milli Qəhrəmanı və Vətən müharibəsi qəhrəmanlarının adları verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1798

Oxşar yazılar