Bakıdakı pulsuz çimərliklər – SİYAHI
08 iyun 2022 14:15 (UTC +04:00)

Bakıdakı pulsuz çimərliklər – SİYAHI

Yayın ilk günləri olmasına baxmayaraq paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqlarına yekun vurulub. Yay deyəndə ağıla gələn ilk məkan dənizdir. İnsanları isə daha çox ödənişsiz çimərliklər maraqlandırır.

Bəs, Bakıda pulsuz çimərliklər hansılardır?

Lent.az onların siyahısını təqdim edir:

İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazisində, daha sonra isə Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində təşkil edilmişdir.

Ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. 

Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb.

Bu  ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərir.

Sizinlə həmçinin qeyd etdiyimiz çimərliklərə hansı avtobus marşrutlarının getdiyini təqdim edirik:

№107 -  "Koroğlu" stansiyasından Buzovna kəndində yerləşən çimərliyə;

№108 А - Goradil çimərliyinə;

№173, №179 - Pirşağı çimərliyinə; 

№ 141 - Sahil çimərliyi;

№ 237 - "Şıx" çimərliyi;

№ 198 - Novxanı çimərliyi;

# 23673
avatar

Fidan İlqar

Oxşar yazılar

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02