Bayram günlərində işləyənlərə əlavə ödəniş verilir? - CAVAB
03 mart 2026 10:34 (UTC +04:00)

Bayram günlərində işləyənlərə əlavə ödəniş verilir? - CAVAB

0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual bayram günlərində işləməklə bağlıdır.

Bayram günlərində işləyənlərə əlavə ödəniş verilir?

Lent.az xəbər verir ki, Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, həftəsonu və iş günü hesab edilməyən bayram günlərində işləyən işçilərə əməkhaqqı artırılmış məbləğdə verilməlidir. 

İşəmuzd işləyən işçilərə ikiqat işəmuzd qiymətindən aşağı olmamaqla, vaxtamuzd işləyən işçilərə isə gündəlik tarif maaşının iki mislindən az olmayaq əlavə haqq verilir. Aylıq maaş alan işçilərə isə, əgər iş aylıq normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. iş normasından artıq görülmüşsə, gündəlik vəzifə maaşının ikiqat məbləği ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar