Bayraq Günü münasibətilə Bakıda hərbi orkestrin yürüşü  keçirilir
09 noyabr 2026 11:16 (UTC +04:00)

Bayraq Günü münasibətilə Bakıda hərbi orkestrin yürüşü keçirilir

0

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilib.

Lent.az xəbər verir ki, hərbi qulluqçular 11:00-dan başlayaraq yürüşə başlayıblar.

Saat 13:00-dək davam edəcək yürüş aşağıdakı marşrutlar üzrə təşkil olunub:

- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - Dəniz vağzalı;

- Şəhidlər Xiyabanı - “Alov Qüllələri” Kompleksi - Çəmbərəkənd parkı - "İçərişəhər" metrosu - İçərişəhər Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı, Azneft dairəsi - Bəhram Gur heykəli;

- Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış Parkı - Heydər Əliyev Sarayı - Azərbaycan Respublikası Mərkəzi Bankı - "28 Mall" Ticarət mərkəzi;

- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı.

Qeyd edək ki, bu gün Bakı ilə yanaşı Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar