Billurə Hacızadə 50 illiyi  münasibətilə Mətbuat Şurasında təltif olundu
16 mart 2026 16:40 (UTC +04:00)

Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olundu

0

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə 50 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub.

Lent.az xəbər verir ki, təltifetmə mərasimində Billurə Hacızadənin uzun illər media sahəsində səmərəli fəaliyyəti, dövlət qurumu ilə media arasında əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələr və mətbuat katibi kimi peşəkar fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd olunub ki, Billurə Hacızadə uzun illərdir media ilə qurum arasında operativ və səmərəli kommunikasiya mühitinin formalaşmasına mühüm töhfə verir, jurnalistlərlə konstruktiv əməkdaşlığın qurulmasında və ictimaiyyətin düzgün məlumatlandırılmasında fəal rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar