"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.
Lent.az Oxu.az-a istinadən xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" verilişləri efirdən çıxarılıb.
Kanalın mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".
Eyni zamanda, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.