Bu çimərliklərə getmək QADAĞAN EDİLDİ
20 iyun 2022 13:01 (UTC +04:00)

Bu çimərliklərə getmək QADAĞAN EDİLDİ

Respublikanın cənub və şimal zonasında yerləşən çimərliklərdə aparılan monitorinq nəticələri məlum olub.

Səhiyyə Nazirliyindən Lent.az-a veriıən məlumata görə, respublika ərazisində yerləşən çimərliklərin 2022-ci ilin yay mövsümünə hazırlıq vəziyyətinə nəzarət məqsədilə Lənkəran şəhəri və Xaçmaz rayonu ərazisində yerləşən rekreasiya zonalarının sanitariya vəziyyətinin müayinəsi, dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.

Lənkəranın Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi ərazilərində və həmin ərazilərin sanitariya mühafizə zonalarında aparılan laboratoriya müayinələri nəticəsində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin normadan dəfələrlə yüksək olması halları aşkar edilib. Həmçinin Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazisində aparılmış monitorinqlər zamanı dəniz suyunun laboratoriya müayinə nəticələrində bakterioloji çirklənmə göstəricilərinin normadan çox olması müəyyən olunub.

Qeyd olunanlarla əlaqədar, mövcud vəziyyətin əhali arasında yoluxucu xəstəliklərin baş verib, yayılması üçün təhlükə yaratdığını nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa istinadən Lənkəran rayonunun Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi həmçinin, Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazilərində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimməyin qadağan olunması barədə Qərarları qüvvədə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2653

Oxşar yazılar

Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

19 iyun 2025 , 12:46
35 dərəcə isti  olacaq - Sabahın havası

35 dərəcə isti olacaq - Sabahın havası

19 iyun 2025 , 12:27
Tələbələrin kirayə mənzil KABUSU:  Evlər bu ayda daha ucuz olacaq

Tələbələrin kirayə mənzil KABUSU: Evlər bu ayda daha ucuz olacaq

19 iyun 2025 , 10:56
Müəllimlərin maaşı artıb

Müəllimlərin maaşı artıb

19 iyun 2025 , 10:47
Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

19 iyun 2025 , 10:38
Azərbaycanın itkin-şəhidi  dəfn olunacaq

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq

19 iyun 2025 , 09:45
2025-ci ilin yayında heyrətamiz uğur  qazanacaq BÜRCLƏR

2025-ci ilin yayında heyrətamiz uğur qazanacaq BÜRCLƏR

19 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

19 iyun 2025 , 08:21