Bu kənd gülünc qiymətə  satılır
22 fevral 2026 16:49 (UTC +04:00)

Bu kənd gülünc qiymətə satılır

0

Qiymət artıq ilkin təklifdən 50.000 avro endirilib.

İspaniyada tamamilə tərk edilmiş bir kənd çox cəlbedici qiymətə satılır. 2021-ci ildə o, 200.000 avroya satılırdı, lakin indi qiymət 150.000 avroya endirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qeyd olunur ki, bu Kosta-da-Morte sahilində yerləşən Kandelaqo kəndidir. Buradan möhtəşəm dəniz mənzərələri açılır. Qiymət endirimi ilə bir çox insan bu təklifə maraq göstərib.

Village in Spain

"Kandelaqoda təxminən on ənənəvi daş ev, horreos (qida saxlamaq və konservləşdirmək üçün istifadə edilən Qalisiya taxıl anbarları) və cığırlar var. Kənd 1970-ci illərdə əhalisi azalmağa başladıqdan sonra uzun illər tərk edilib", - xəbərdə qeyd olunur.

Village in Spain

Maraqlıdır ki, bu yaşayış məntəqəsindən cəmi bir neçə kilometr aralıda tarixi Rokundo mayakının və Kosta-da-Morte Müasir İncəsənət Muzeyinin yerləşdiyi balıqçılıq mərkəzi olan Korme kəndi yerləşir.

Bu gün Kandelago alıcı üçün böyük potensiala malikdir. Qeyd edilirr ki, bura özəl iqamətgah və ya turizm obyekti üçün yenidənqurma üçün ideal yerdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar