Əgər konserv üçün düzgün tərəvəz seçilməzsə, qış üçün hazırlanan bütün turşular korlana bilər. Bəzən bankalar partlayır, qapaqlar qalxır, çünki yanlış xiyar növü istifadə olunub.
Lent.az bu meyvələri təqdim edir:
Konserv üçün uyğun olmayan xiyar növləri
1. Həddindən artıq yetişmiş xiyarlar
Qalın qabıqlı, böyük toxumlu və həədindən artıq nəmliyi olanlar
Artıq nəmlik bu xüsusiyyətlər mayalanma üçün ideal şərait yaradır. Bu da bağlanmış bankada təzyiqin artmasına və partlamaya səbəb ola bilər.
2. Zədələnmiş və yumşalmış xiyarlar
Çatlamış, əzilib-göyərmiş, üzərində yumşaq ləkələr olan xiyarlar bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Belə meyvələr bankada tez çürüyür və bütün turşunu korlayır.
3. Çox böyük xiyarlar
Nəhəng ölçülü xiyarların içi adətən su kimi olur, termik emalda isə bərabər qızmır və bankada tez xarab olur.
4. Acı növlər
İstiliyə məruz qaldıqda acılıq daha da artır və xoşagəlməz dad verir. Bəzən acılıq, marinadla pis reaksiya verə biləcək maddələrin mövcudluğunun göstəricisidir.
5. Uzaqdan və ya çoxdan yığılmış xiyarlar
Bir neçə gün saxlanılan xiyarlar xırtıldayanlığını itirir. Soyudulmuş və solmuş xiyarlar mikrobların mənbəyinə çevrilə bilər.
6. Nazik qabıqlı hibridlər
Belə xiyarlar marinadda tez yumşalır və formalarını itirirlər. Bankada xəmir kimi ola bilərlər.
7. Salatlıq növlər
Yalnız təzə yeyilmək üçün nəzərdə tutulan salatlıq xiyarlar konservə getmir. Marinadda sulu və dadsız olur, tez dağılırlar.
Konserv üçün ideal xiyarlar hansılardır?
Təzə, sıx və xırçıltılı xiyarlar seçin
Ölçüsü – 10 santimetrdən böyük olmasın
Qabığı nazik, toxumları balaca olmalıdır
Səhər yığılmış xiyarlar daha xırçıldayan olur
Konserv etməzdən əvvəl soyuq suda 3 saat isladın – bu toxumanı yaxşılaşdırır. Bankaları və qapaqları mütləq sterilizasiya edin. Reseptə uyğun şəkildə duz, sirkə və ədviyyat əlavə edin bu bankaların partlamasının qarşısını alır.