Daha 3 məktəb distant təhsilə keçdi
31 oktyabr 2021 17:30 (UTC +04:00)

Daha 3 məktəb distant təhsilə keçdi

Samuxda 3 məktəb distant təhsilə keçib.
Bu barədə APA-nın yerli bürosuna Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova bildirib.
N. Həsənova deyib ki, rayonun İnistitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagirdi, 6 müəllimi və 1 texniki işçisində, Qarayeri qəsəbəsində fəaliyyət göstərən orta məktəbdə 4 müəllimdə, Əhmədbəyli kənd tam orta məktəbində direktor və 4 müəllimdə koronavirus infeksiyası aşkar olunub. Bu səbəbdən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.

Qeyd edək ki, Samuxda ümumilikdə 35 orta ümumtəhsil, 2 məktəbdən kənar təhsil ocağında 9849 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 1684 nəfər pedoqoji heyət məşğul olur.

# 3516
avatar

Oxşar yazılar