Göyərçinləri yemləməyin qadağan olunduğu  ölkələr və cərimələr
15 dekabr 2025 12:11 (UTC +04:00)

Göyərçinləri yemləməyin qadağan olunduğu ölkələr və cərimələr

0

Göyərçinlər artıq hər bir şəhər mənzərəsinin ayrılmaz hissəsinə çevrilib. Onlar dünyanın hər yerinə yayılıb və böyük şəhərlərdə yaşamağa uyğunlaşıblar. Hansı ölkədə göyərçinləri yemləməyə görə cərimə tətbiq edilir?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Venesiyada göyərçinləri yemləmək qadağandır. Qaydanı pozan şəxslər 500 avroya qədər cərimələnə bilər. Hətta məşhur San-Markо meydanında bəzi satıcılar quş yemini turistlərə satsalar da, bu da qanunsuzdur.

Qadağa şəhər sakinlərinin həddindən artıq quş peyini ilə bağlı çoxsaylı şikayətlərindən sonra tətbiq edilib. 2026-cı ildə İtaliyada Olimpiya Oyunları keçiriləcəyi üçün Venesiyada turistlərin sayı daha da artacaq və qadağanın sərtləşdirilməsi gözlənilir.

Göyərçinləri yemləməyin qadağan olunduğu digər ölkə Almaniyadır. Qadağa bir çox şəhərlərdə, o cümlədən Münhen və Bonn şəhərlərində tətbiq olunur - bunu Bonn şəhərinin rəsmi saytı bildirir.

Qaydanı pozan şəxslər belə fəaliyyət zamanı tutulsa, 1000 avroya qədər cərimə oluna bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar