Bakının 5 küçəsi təmirə BAĞLANIR
27 avqust 2026 18:41 (UTC +04:00)

Bakının 5 küçəsi təmirə BAĞLANIR

0

Təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq:

- Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində – avqustun 27-si saat 22:00-dan;

- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində – avqustun 27-si saat 22:00-dan;

- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində – avqustun 28-i saat 20:00-dan;

- Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində – avqustun 28-i saat 20:00-dan;

- Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü. Bünyadzadə küçəsinədək olan hissəsində – avqustun 31-i saat 16:00-dan.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar