Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aygün İsmizadənin sayıqlığı nəticəsində gənc ölümdən xilas edilib.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Xaçmaz rayonunda baş verib. İstirahət mərkəzində bir nəfər dənizdə olduğu zaman ürək tutması ilə huşsuz vəziyyətə düşüb və yaxında olan vətəndaşların yardımı nəticəsində sahilə çıxarılıb.
Orada istirahətdə olan həkim Aygün İsmiyeva dərhal həmin şəxsə ilkin yardım olaraq ürək masajı etməyə başlayıb. 107 kq çəkidə olan vətəndaşı 25 dəqiqə davam edən ürək masajından sonra həyata qaytarmaq mümkün olub.