Həkimlər niyə həm özəl həm də dövlət tibb müəssisələrində işləməli olur? - VİDEO
20 aprel 2022 20:05 (UTC +04:00)

Həkimlər niyə həm özəl həm də dövlət tibb müəssisələrində işləməli olur? - VİDEO

İndi səhiyyə sistemimizlə bağlı əsas şikayətlərdən biri də dövlət xəstəxanalarında peşəkar kadrların çatışmazlığı ilə bağlıdır. İddia olunur ki, hətta dövlət xəstəxanasında çalışan həkim də səhər əsas iş yerində 1-2 saat görünüb, özəl xəstəxanaya qaçır, pasientlərini də burada qəbul edirlər. Nəticədə vətəndaş dövlət müəssisələrindəki xidmətlərdən yararlana bilmir, məcbur qalıb özəl xəstəxanaya əlavə pul ödəməli olur.

Lent.az-ın APATV-yə istinadən xəbərinə görə, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla deyir ki, mövcud vəziyyət daha çox İcbari tibbi sığortanın tətbiqindəki problemlərlə bağlıdır.

Endokrinoloq Fərhad Burzu isə dövlət klinikalarında kadr çatışmazlığının əsas səbəbi kimi 2 əsas nünası vurğuladı. Onlardan biri göstərilən xidmətlərin məhdud sayda olması, digəri isə əmək haqqının aşağı olmasıdır.

Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq. Qurumdan bildirildi ki, həkimlərin özəl tibb müəssisələrində fəaliyyət göstərmək hüququ var, lakin bu dövlət müəssisəsindəki iş saatı bitdikdən sonra mümkündür.

Mütəxəssislərin fikrincə, neçə ki, işin təşkili məsələlərinə düzgün yanaşılımır, bu kimi hallar tez-tez baş verəcək.

# 2745
avatar

Oxşar yazılar

Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22