İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə oktyabrın 29-da rayonun Quşencə kəndi ərazisindəki meşə sahəsində qeydə alınıb.
Kənd sakini, 47 yaşlı Cəbiyev İmran Niyazi oğlu həmyerlisi Teymur Mütəllimova məxsus "QAZ 52" markalı yük avtomobilinə odun yığarkən 3 metr hündürlükdən yerə yıxılıb. Baş və boyun nahiyyəsindən ağır xəsarətlər alan İmran Cəbiyev hadisə yerində dünyasını dəyişib.