Kimlər oruc tuta bilməz? - CAVAB
11 mart 2024 12:48 (UTC +04:00)

Kimlər oruc tuta bilməz? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu oruc tutmaqla bağlıdır.

Maraqlıdır, görəsən, kimlər oruc tuta bilməz?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Lent.az-a bildirib ki, bütün günü ac qalmaq qanda şəkər balansını pozur.

Onun sözlərinə görə, diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər:

"Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar. Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər. Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir. Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar. Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər".

# 3858
avatar

Arzu Qurbanlı

Oxşar yazılar