"Naxçıvan" Universiteti bağlanır
29 fevral 2024 16:49 (UTC +04:00)

"Naxçıvan" Universiteti bağlanır

"Naxçıvan" Universiteti fəaliyyətini dayandıracaq.

Lent.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev APA-nın sualına cavabında bildirib. 

O bildirib ki, "Naxçıvan" Universitetinin tələbələri bu tədris ilinin sonuna qədər təhsilini davam etdirəcək:

"Məzunlar diplomlarını "Naxçıvan" Universitetinin məzunu olaraq alacaqlar. Aşağı kursda oxuyan tələbələr isə digər ali təhsil müəssisələrinə köçürüləcək".

# 5127
avatar

Oxşar yazılar