Nə vaxt yay təkərlərinə keçmək  lazımdır? - Mütəxəssislərin TÖVSİYƏSİ
21 fevral 2026 15:14 (UTC +04:00)

Nə vaxt yay təkərlərinə keçmək lazımdır? - Mütəxəssislərin TÖVSİYƏSİ

0

Avtomobilin yay təkərlərinə keçirilməsi küçədə temperatur 8 dərəcədən yuxarı olduqda mümkündür.

Lent.az-ın məlumatına görə, mütəxəssislər temperatur sabit şəkildə +8–10 dərəcə olarsa, həmçinin şaxta və buzlanma riski aradan qalxarsa, qış təkərlərini yay təkərləri ilə əvəz etməyi tövsiyə edirlər.

Ekspertlər yeni sürücülərə avtomobili yay təkərlərinə keçirməyə xüsusi diqqət yetirməyi tövsiyə edir. Çünki uyğun olmayan hava şəraitində qış təkərlərindən istifadə yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar