O qadını tapın- HƏYATIN DİBİNDƏN
18 avqust 2021 12:47 (UTC +04:00)

O qadını tapın- HƏYATIN DİBİNDƏN

Nə adı məlumdur, nə də kimliyi. Gecələr gəlib burda yatır, səhər də durub gedir. Kölgə kimi... Demək olar heç kimlə də danışmır. Sadəcə bir istəyi var. Ona görə insanlara yaxınlaşır. Dil açıb istəyir.

Sadəcə bir fotosu var idi bizdə. Yaxınlaşıb parkda oturanlara göstərirəm.

-Bu xanımı görmüsünüz?

-Hə, səhər burda idi. O de o skamyada

- Elə həmişə burda olur?

-Yox, sadəcə səhərlər görürəm. Sonra çıxıb gedir.

-Hara gedir?

-Nəbilim vallah, yəqin başqa parka

Maraqlıdır bəs, evi, bir yaxını yoxdumu?

Başqa birinə yaxınlaşıram. O da tanıyır bu qoca qadını. Deyir ki, Keşlədə kirayədə qalırmış. Amma nə sirdirsə, elə bu parkda, elə eyni skamyada da yatıb-durur.

Yaxınlaşır sadəcə siqaret istəyir. Nə su, nə yeməyə bir tikə çörək. Ancaq siqaret...

ARDI OLACAQ...

# 9681
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar