Peyvənd sonsuzluğa səbəb olur? – Mütəxəssis DANIŞIR
26 oktyabr 2021 12:57 (UTC +04:00)

Peyvənd sonsuzluğa səbəb olur? – Mütəxəssis DANIŞIR

0

Vaksinlə bağlı insanları narahat edən məsələlərdən biri də peyvənd sonsuzluğa səbəb ola bilərmi və yan təsirləri nədən ibarətdir suallarıdır.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev bildirib ki, vaksinin sonsuzluğa səbəb olmasına dair heç bir sübut yoxdur:

“Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”.

Bəs vaksinin yan təsirləri nələrdir?

Ekspertin sözlərinə görə, vaksinin təsirləri yüngüldür:

“Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və qısamüddətlidir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər; yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. Məsləhət üçün həkimə müraciət etmək lazımdır”.

Aytəkin Cəlali

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2084

Oxşar yazılar