Güclü qar yağandan sonra mütəxəssis tez-tez rast gəlinən “qar yemək” vərdişi ilə bağlı xəbərdarlıq edərək bildirib: “Yerdəki qarın tərkibində heyvan nəcisinin izləri, bakteriya və parazitlər ola bilər. Bu isə xüsusilə uşaqlar üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər".
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisi Özge Yurtseven, xüsusilə uşaqlar arasında tez-tez görülən qar yemək vərdişi ilə bağlı ailələri xəbərdar edib. Yurtseven bildirib ki, qar yemək təkbaşına birbaşa təhlükəli görünməsə də, sanıldığı qədər zərərsiz deyil. O, şəhər mühitində yağan qarın ciddi risklər daşıya biləcəyinə diqqət çəkib.
Mütəxəssis vurğulayıb ki, şəhərlərdə yağan qar hava çirkliliyi səbəbilə egzoz qazlarına məruz qalır:
“Bu qarların tərkibində ağır metallar yığıla bilər, müxtəlif mikroorqanizmlər mövcud ola bilər. Buna görə də çirklənmiş qarlar qətiyyən yeyilməməlidir".
“Qar yeməyi tövsiyə etmirik”
Mütəxəssis əlavə edib ki, uşaqlar maraq hissinə görə qar yemək istəyə bilərlər və belə hallarda valideynlər diqqətli olmalıdır:
“Əgər uşaq mütləq qar yemək istəyirsə, mümkün olduqda təmiz və yeni yağdığı düşünülən qardan çox az miqdarda dadmasına icazə verilə bilər. Amma bundan sonra mütləq ağız gigiyenasına diqqət edilməlidir. Bir uşaq həkimi kimi mənə soruşsanız, qar yemək təhlükəsiz deyil. Ən təhlükəsiz yol ümumiyyətlə yeməməkdir".