Ramazan ayının 17-ci gününün DUASI
06 mart 2026 18:00 (UTC +04:00)

Ramazan ayının 17-ci gününün DUASI

0

Sabah Ramazan ayının on yeddinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:40-da, iftar vaxtı saat 18:53-dür.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on yeddinci gününün iftar duasını təqdim edir: 

İftar duası: 

"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".

Tərcüməsi:

"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun".

Allah orucunuzu qəbul etsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar