Sağlamlıq imkanları məhdud uşaqlar ahıllarla görüşdü - FOTO
11 avqust 2021 18:18 (UTC +04:00)

Sağlamlıq imkanları məhdud uşaqlar ahıllarla görüşdü - FOTO

2 saylı sağlamlıq imkanları məhdud uşaqlarla sosial xidmət müəssisəsində yaşayan ahılların görüşü təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Lent.az-a verilən məlumata görə, uşaqlar rəqs, musiqi və müxtəlif bədii kompozisiyalarla öz bacarıqlarını nümayiş etdiriblər. Ahıllar isə pianino, qarmon, nağara kimi alətlərdə musiqi nümunələri ifa ediblər.

Ziyarətçilər müəssisə ilə tanış olublar. Burada şəhidlərimizə həsr olunmuş guşə ilə tanışlıq onların xüsusi marağına səbəb olub.

Sonra sağlamlıq imkanları məhdud uşaqların açıq havada ahıllarla müxtəlif stolüstü oyunları təşkil edilib. Çay süfrəsi ətrafında səmimi söhbətlərlə başa çatan görüş ziyarətçilərin xoş xatirəsinə çevrilib.

Tədbir sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyıb.

# 2397
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar