Sakinlərin NƏZƏRİNƏ:  Bəzi ərazilərdə işıq olmayacaq
04 mart 2026 01:46 (UTC +04:00)

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

0

Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"Martın 4-də Lənkəran Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 10 kV-luq "Pravda" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:30-dək Cil, Xarxatan, Şağlaser kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar