SSRİ-nin  sonuncu vətəndaşı pasportunu dəyişdi
16 mart 2026 09:50 (UTC +04:00)

SSRİ-nin sonuncu vətəndaşı pasportunu dəyişdi

0

Özbəkistanda uzun illər SSRİ pasportu ilə yaşayan qadına şəxsiyyət vəsiqəsi verilib.

Lent.az Özbəkistan mediasına istinadla xəbər verir ki, Onarxol Kubayeva 54 yaşlı Nurata rayonunda anadan olub.

O, uzun illər SSRİ-nin pasportu ilə yaşayıb. Bu vəziyyətin yaranmasına diqqətsizlik və ailə şəraitinin yetərsiz olması səbəb göstərilir. Həmçinin qeyd olunub ki, o, bu vaxta qədər məhəllə vətəndaşlar yığıncağına, daxili işlər orqanlarına və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələrinə müraciət etməyib.

Məsələ müəyyən edildikdən sonra müvafiq qurumlar tərəfindən lazımi tədbirlər görülüb.

Nəticədə, 14 mart 2026-cı il tarixində Onarxol Kubayevaya rəsmi olaraq Özbəkistan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi təqdim edilib.

Qeyd edək ki, o, SSRİ-nin sonuncu vətandaşı hesab edilirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar