Toliklə Elgizin verilişi barədə cavabsız suallar - TV-lərin susqunluğuna REPLİKA
25 fevral 2026 17:31 (UTC +04:00)

Toliklə Elgizin verilişi barədə cavabsız suallar - TV-lərin susqunluğuna REPLİKA

0

Azərbaycan teleməkanının "reytinq canavarları" hesab olunan verilişlərin qapadılması və ya "canlı efir" qadağası ilə üzləşməsi xəbəri dünən axşamdan sosial şəbəkələrdə yayılıb. Bunlara Tolikin "Tarixin bir günü" və Elgiz Əkbərin "Elgizlə izlə" verilişləri daxildir. Şərhlərdə insanlar bu xəbərin gerçək olmasını arzulayırlar. Əslində, bu, illərdir yığılan irinin partlamasıdır. Sorğularımıza isə kanallardan heç bir cavab gəlmir. 

Cavab çox sadədir: "hə", ya da "yox". Televiziya rəsmiləri isə hər hansı bir açıqlama verməkdən qaçırlar. İzləyici üçün maraqlıdır, bu verilişlər davam edəcək, yoxsa qapadılıb? Dünəndən bəri sosial medianı başına götürüb bu xəbərlər, insanlar maraqlanır, məlumat almağa çalışır, amma televiziyalar elə bil, "gözləyin, görün" düşüncəsindədilər. Bu, həm izləyiciyə, həm də mətbuata hörmətsizlikdir.

İllərdir hər gün saatlarla efiri zəbt edən, toyxana dediqodularını, bayağı müğənnilərin "reklamlı" çıxışlarını və etikadan kənar qalmaqalları "reytinq" adı altında xalqa sırıyanlar, bu gün öz aqibətləri barədə bir kəlmə belə deyə bilmirlər. 

Əgər bir veriliş həqiqətən sənətə, xalqa və maarifçiliyə xidmət etsəydi, onun bağlanma xəbərinə kanal rəhbərliyi fəxrlə və ya qətiyyətlə aydınlıq gətirərdi. Amma ortada nəhəng bir susqunluq var. Yəqin, küncə qısılıb fırtınanın keçməsini gözləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar