Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib-FOTO -YENİLƏNİB
15 mart 2026 13:57 (UTC +04:00)

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib-FOTO-YENİLƏNİB

1

Tovuz rayonunda anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Agentlikdən bildirilib.

Qeyd edilib ki, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə müvafiq səhiyyə müəssisəsinə yerləşdirilən körpənin mövcud vəziyyəti qiymətləndirilib: "Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək".

***

saat 13.02

Tovuzda yaşlı qadının evində körpəsini atıb gedən ananın şəxsiyyəti məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, körpənin anası Nuranə Əhmədova Mingəçevir şəhər sakinidir.

Azyaşlı isə 2026-cı il təvəllüdlü F.Əhmədovadır.

Polis araşdırma aparır.

***

saat 11.51

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.

Lent.az APA-ya istinadən xəbər verir ki, orta yaşlı qadın Tovuz rayonda yaşlı qadının evinə gəlib, çöldə qaldığını bildirib.

Yaşlı qadın uşağı və anası evinə dəvət edib. Bundan sonra uşağın anası yemək almaq adı altında evi tərk edib, geri qayıtmayıb. Dərhal yaşlı qadın hüquq-mühafizə orqanlarına məlumat verib.

Hazırda körpə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, sabah uşaq sığınacağa yerləşdiriləcək.

Polis tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 538

Oxşar yazılar