“Azərbaycan dilinin orfoqrafiya lüğəti” Dövlət Dil Komissiyasının, Elmi Şuranın, Şərq-Qərb nəşriyyatının xeyir-duası ilə nəşr edilib. Lüğətin bütün tərtibçiləri də Azərbaycan dilinin qrammatikasından xəbəri olan elmlər doktorları, professorlardır”.
Bunu Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi Dilçilik Şöbəsinin müdiri, professor İsmayıl Məmmədli Azərbaycan Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudun “ Sanki “Orfoqrafiya lüğəti”ni Azərbaycan dilindən tam xəbərsiz insanlar hazırlayıb” fikrinə cavab olaraq deyib.
İ. Məmmədli bildirib ki, “Orfoqrafiya lüğəti”nin tərtibçilərindən biri Azərbaycan dilçiliyində oz dəst-xətti olan rəhmətlik akademik Ağamusa Axundov olub: "Mən özüm elmlər doktoru, professor, Dövlət Dil Komissiyasının üzvü, lüğətin redaktoru və 30 ildir ki, lüğət şöbəsinin müdiriyəm. Bundan başqa, rəhmətlik Bəhruz Abdullayev də ixtisasca dilçi olub, fars-şərq dillərini yaxşı bilib. Rəhmətlik Nərgiz Rəhimzadə də lüğətin tərtibçilərindən olub. Hazırda 49 ildir bizim şöbədə çalışan, tərtibçilərdən olan Nigar Ağayeva universiteti fərqlənmə diplomu ilə bitirib. Nəriman Seyidəli elmlər doktoru, Nadir Məmmədli tərtibçidir. Bu şəxslərin qrammatikadan necə xəbəri yoxdur ki, biri akademik, biri professor, biri aparıcı elmi işçidir?”.
Afaq Məsudun yeni “Orfoqrafiya lüğəti”nə 700-dən çox ötən əsrin 50-60-cı illəri və sonrakı dövr ədəbiyyatlarına istinad olunan təmiz Azərbaycan sözlərinin daxil ediləcəyi ilə bağlı fikrinə də rəy bildirən İ. Məmmədli deyib ki, “Orfoqrafiya lüğəti” Dilçilik İnstitutunun əmlakıdır və Dilçilik İnstitutu onu özü hazırlayır, indiyə kimi də elə olub: “700-dən çox söz əlavə etmək istəyirlərsə, təklif kimi bizə göndərsinlər, biz də nəzərə alarıq”.