9 illik orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmə zamanı qəbul olan şəxslərin qeydiyyat müddəti uzadılıb. TQDK-dan Lent.az-a verilən məlumata görə, 2014/2015-ci tədris ili üzrə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 13-dən aparılır. Bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, avqustun 22-i saat 17:00 - dək uzadılıb.
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.

TQDK qeydiyyat müddəti uzatdı
Oxşar yazılar

Bu rayonlarında güclü külək əsdi - GÜNÜN HAVASI
10 avqust 2025 , 10:19
Avqust 3 BÜRC üçün 2025-ci ilin ən şanslı ayı olacaq
10 avqust 2025 , 09:09
Bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçiriləcək
10 avqust 2025 , 08:55
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
10 avqust 2025 , 07:50
Hansı yeməklər təkrar qızdırıldıqda əsl zəhərə çevrilir?
9 avqust 2025 , 17:48
100 il əvvəl insanların 1000 il yaşayacağı proqnozlaşdırılmışdı: niyə baş vermədi?
9 avqust 2025 , 16:12
Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ
9 avqust 2025 , 14:09