Zabratda su xətti partladı:  sakinlər 3 gündür susuzdur - VİDEO
23 fevral 2026 15:15 (UTC +04:00)

Zabratda su xətti partladı: sakinlər 3 gündür susuzdur - VİDEO

0

Sabunçu rayonu, Zabrat qəsəbəsində 3 gündür su yoxdur.

Lent.az xəbər verir ki, su xəttinin partlaması nəticəsində baş vermiş qəza səbəbindən günlərdir Zabrat sakinləri susuz qalıblar.

Sakinlərər qeyd edir ki, fəhlələr iş görmürlər: “3 gündür su gəlmir. Texnikalar cəlb olunsa da, fəhlələr işləmirlər. Qəzaya görə yolları da bağlayıblar. Hamımız küçələrə çıxmışıq ki, əlimizdən bir şey gəlirsə edək. Briqadalar gəlib baxıb gedirlər ki, bizim işimiz deyil”.

Lent.az-ın məsələ ilə bağlı sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, təmir işlərinin gün sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur:

“Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza baş verib. Qəza qeydə alınan gündən əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Qəzanın miqyası nisbətən böyük olduğu üçün hazırda da xətdə təmir və bərpa işləri istismar qaydalarına uyğun olaraq müntəzəm davam etdirilir. Təmir işlərinin gün sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. İşlər bitdikdən sonra suyun ünvanlar üzrə mərhələli şəkildə verilməsi həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar