“Apple” və “Samsung”  telefonları müqayisə edildi: Hansı daha güclüdür?
10 mart 2023 12:10 (UTC +04:00)

“Apple” və “Samsung” telefonları müqayisə edildi: Hansı daha güclüdür?

“Iphone 14 Pro” və “Samsung Galaxy S23” smartfonları müqayisə edilib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki smartfon ana ekranı yuxarı olaraq daş lövhəyə atılıb.

Nəticədə “Apple” cihazında nəzərəçarpacaq çatlar əmələ gəlib. Amma  “Samsung” smartfonu demək olar ki, zədələnməyib. Daha sonra telefonlar yan tərəfə atılıb. Alüminium çərçivələri olan “Samsung Galaxy S23”ün yan tərəfində böyük bir əyilmə əmələ gəlib.

Üçüncü mərhələdə ekranı aşağı olan hər iki cihaz atılıb və smartfonların ön panelinin çatla örtüldüyü müşahidə olunub. Sonda qadcetləri 1.70 metr hündürlükdən sərt səthə atılıb. Bu zaman hər iki cihaz ciddi zədələnib, lakin işləməyə davam edib.

Nəticədə “Samsung” modelinin “Apple” telefonundan daha davamlı olduğu bildirilib.Belə ki, "Galaxy"nin daha möhkəm arxa panelə malik olduğu qeyd edilib.

# 2112
avatar

Sevinc Fərid

Oxşar yazılar